Доступ к полной информации по данной закупке закрыт. Зарегистрируйтесь для получения бесплатных рассылок по новым тендерам и просмотра дополнительной информации. .
Регистрация
dəftərxana və təsərrüfat malları
Satınalan təşkilatın adı: BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ
Satınalan təşkilatın VÖEN-i: 1400616151
Satınalan təşkilatın ünvanı: Baki şəhəri, Y. Səfərov 45
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat
ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya
kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt
rejimində təsdiq bildirişi göndərilir.
Elektron satınalma zamanı bütün iştirakçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradılır.
Tətbiqindən asılı olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik qiymətləndirilməsi
təmin olunur.
Elektron satınalmalarda təkliflərin təqdim edilməsi, açılması və qiymətləndirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yalnız
dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təşkil edilir.
Keçirilən satınalma ilə bağlı sual və ya şikayət olduqda satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları arasında yalnız dövlət satınalmalarının vahid
internet portalı vasitəsilə əlaqə saxlanılır.
Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
Tenderin əsas şərtlər toplusu/kotirovka sorğusu şərtləri, satınalan təşkilatla iddiaçılar arasında yazışmalar və təkliflər Azərbaycan Respublikasının dövlət dilində
olmalıdır. Zərurət olduqda qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada
bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir.
Dövlət satınalmaları qanunvericiliyi və digər aidiyyəti normativ hüquqi aktlar ilə dövlət satınalmalarının vahid internet portalın Qanunvericilik hissəsində, Portalda fəaliyyət
və qanunvericiliklə bağlı yaranmış suallarınızla bağlı dövlət satınalmalarının vahid internet portalının “Tez-tez verilən suallar” bölməsinə baxmağınız tövsiyə
olunur.
Satınalan təşkilatın bu müsabiqənin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə
düşdüyünü bəyan edən malgöndərənin (podratçının) qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququ vardır.
Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank
günü ərzində yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir.
Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya
təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü)
ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək
tədbirlər göstərilir.
Şikayət vermək hüququ olan malgöndərən (podratçı) satınalma müqaviləsi qüvvəyə mindikdə və ya satınalan təşkilat 10 bank günü ərzində qərar çıxarmadıqda və ya
çıxarılan qərardan şikayət verən razı qalmadıqda 15 bank günü ərzində İqtisadiyyat Nazirliyinə (müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinə), yazılı olaraq AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 84 ünvanına məktub və ya office@competition.gov.az elektron poçt ünvanına
göndərməklə şikayətini edə bilər.
Dövlət Xidməti şikayət üzrə 10 bank günü ərzində yazılı qərar çıxarmalı və həmin qərarda onun səbəblərini əsaslandırmalıdır.
Источник закупки
Перейти
Импорт - Экспорт по стране Азербайджан
Кроме мониторинга зарубежных тендеров для ведения успешного бизнеса изучите информацию о стране: какая продукция экспортируется и импортируется и на какие суммы. Определите коды ТН ВЭД интересующей вас продукции.
Портал отображает информацию о закупках, публикуемых в сети интернет и находящихся в открытом доступе, и предназначен для юрлиц и индивидуальных предпринимателей, являющихся участниками размещения государственного и коммерческого заказа.
Сайт использует Cookie, которые нужны для авторизации пользователя. На сайте стоят счетчики Яндекс.Метрика, Google Analytics и LiveInternet, которые нужны для статистики посещения ресурса.